www.vivo-book.com
637
Onun yanından keçib sürücü qapısına yaxınlaĢdım.
Qapını açdım cə maĢına əyləĢdim. O isə çıxıb getdi.
Gedərkən onun astadan mırıldandığını eĢitdim:
– Ağdərili dümbələk.
PoĢt qutusunu qapağını açdım – heç nə. Mənim
yenidən qruplaĢmağa ehtiyacım vardı. Nəsə vacib bir Ģey
çatmırdı. Soyuducunun qapısını açıb içinə baxdım. BomboĢ
idi. Evdən çıxdım, folksvagenə mindim və “Mavi Fil” içki
dükanına sürdüm. Bir kvinta “Smirnov” və bir az da “7-UP”
aldım. Geri qayıdarkən, artıq yolda baĢa düĢdüm ki, siqaret
almağı unutmuĢam.
Qərbi Avenyu ilə cənuba istiqamətləndim. Sonra sola
dönərək Hollivud Bulvarına çıxdım. Sonra isə sağa,
Serranoya döndüm. Siqaret almaq üçün bir dükan tapmağa
çalıĢırdım. Serrano ilə Sansetin düz kəsiĢməsində baĢqa bir
qaradərili qız dayanmıĢdı. Ayaqlarında açıq sarı ilə qara
rəngin qarıĢığında hündürdaban tufli və əynində mini-ətək
vardı. Qız orada öz mini-ətəyi ilə dayanarkən, onun maviyə
çalan trusiyinin balaca bir hissəsini görə bildim. Qız səki ilə
|