www.vivo-book.com
640
onun məqsədinin nə olduğu mənə aydın deyildi. Amma bir
balaca hərəkət etməyin mənə xeyri vardı – əlbəttə, əgər mən
də Knut Hamsun kimi qoca yaĢlarımda qalın romanlar
yazmaq fikrindəydimsə.
Nəhayət, biz onun mənzilinə çatdıq. O, mənzilin
açarını çıxardı. Mən onun əlindən yapıĢdım.
– Bir dəqiqə dayan, –dedim.
– Nə olub?
– Mənzilində bir neçə zorba qaradərili heyvərə var,
onlar məni yaxĢıca kötəkləyib qol-qabırğamı sındıracaq və
cibimdə nə varsa, əlimdən alacaqlar, hə?
– Orda heç kim yoxdur. Bu mənzildə bir rəfiqəm ilə
birlikdə qalıram, o da indi evdə deyil. O, Brodvey
Univermağında iĢləyir.
– Açarı mənə ver, görüm.
Mən qapını ehtiyatla araladım və sonra təpiklə vurara
onu açdım. Ġçəri göz gəzdirdim. Bıçağım yanımda olsa da,
əlimi ona uzatmadım. O, qapını arxamızca bağladı.
– Gəl yataq otağına keçək, – o mənə təklif etdi.
– Gözlə bir az...
|