www.vivo-book.com
648
artıq Vankuverə çatmıĢ olardı. Ay sənə zibil. Ayris Düart
gecən xeyrə qalsın.
97
Poçt qutumda bir məktub vardı. Məktubu hardansa
Hollivuddan göndərmiĢdilər.
Hörmətli, Çinaski:
Mən, demək olar ki, sizin bütün kitablarınızı
oxumuĢam. Özüm Çeroki Avenyuda yerləĢən bir idarədə
makinaçı iĢləyirəm. Mən öz iĢ yerimdə sizin Ģəklinizi
divardan asmıĢam. Bu, sizin bədii qiraət gecələrinizin
birində çəkilmiĢ plakatdır. Ġnsanlar tez-tez məndən
soruĢurlar: “Bu kimdir?” Mən də cavab verirəm: “Bu mənim
dostumdur.” Onlar isə deyirlər “Aman Allahım!”
Sizin “Üz Ayaqlı Yırtıcı” adlı hekayələr kitabınızı
oxuması üçün öz rəisimə vermiĢdim. Kitabınızı oxuyandan
sonra dedi ki, onu bəyənməyib. O dedi ki, sizin yazıçılıqdan
baĢınız çıxmır. Bir də dedi ki, bu kitab ucuz zibildir.
Kitabınızı oxuyandan sonra əməlli-baĢlı əsəbiləĢmiĢdi.
|