www.vivo-book.com
649
Bütün bunlara baxmayaraq, sizin əsərlərinizi sevirəm
və sizinlə görüĢməyi çox istərdim. Ətrafımdakıların
dediyinə görə, mən qəĢəngəm və gözəl qamətim var. Bunun
belə olub-olmadığını yoxlamaq istərdinizmi?
Sevgilərlə,
Valensiya
Məktuba iki telefon nömrəsi də qeyd etmiĢdi – biri iĢ, o
birisi isə ev telefonu. Saat təxminən 2:30 olardı. Ona görə
də, iĢ nömrəsini yığdım.
– Bəli? – deyə bir qadın səsi cavab verdi.
– DanıĢan Valensiyadır?
– Bəli, Valensiyadır.
– Sizə zəng vuran Çinaskidir. Sizdən məktub almıĢam.
– Mən bilirdim ki, siz mənə zəng vuracaqsınız.
– Sizin əcəb məlahətli və seksual səsiniz var, –dedim.
– Elə sizin də. –o cavab verdi.
– Sizinlə nə vaxt görüĢə bilərik? – ondan soruĢdum.
– Hmm, məsələn, bu gün axĢam heç bir iĢim yoxdur.
– YaxĢı. Bəs onda bu axĢam görüĢməyə nə deyirsiniz?
|