www.vivo-book.com
650
– Olar, – deyə o cavab verdi, – onda iĢdən sonra
görüĢək. Kahuenqa Bulvarındakı o barda, “Tülkü Yuvası”
barında görüĢə bilərik. O barın harda olduğunu bilirsinizmi?
– Hə, bilirəm.
– Onda saat təxminən 6-da orada görüĢərik...
Ora getdim və maĢını “Tülkü Yuvası” barının
yaxınlığında saxladım. Bir siqaret alıĢdırdım və bir müddət
maĢından düĢməyərək oturdum. Sonra maĢından düĢdüm və
bara daxil oldum. Görəsən onlardan hansı Valensiyadır?
Orada eləcə dayanmıĢdım. Heç kim mənə yaxınlaĢıb bir söz
demirdi. Barın piĢtaxtasına yaxınlaĢıb özüm üçün ikiqat
araq-7 sifariĢ etdim. Və elə həmin an kiminsə məni
səslədiyini eĢitdim:
– Henri?
– Dönüb ərafıma baxdım, kabinələrin birində sarıĢın bir
qadın yalnız oturmuĢdu. Ġçkimi də götürüb ona tərəf getdim
və içəri girərək oturdum. Onun təxminən 38 yaĢı olardı.
Qədd-qamətli görünmürdü. Saçlarına artıq dən düĢməyə
baĢlamıĢdı və bir qədər də artıq çəkisi vardı. DöĢləri çox iri
olsa da, yıpranaraq sallanmıĢdılar. SarıĢın saçları qısa
|