www.vivo-book.com
653
MaĢının qapısını açmaq üçün cibimdən açarları
çıxardım.
– Bu sizin maĢınınızdır?
– Bəli.
– Siz mənim belə sınıq-salxaq maĢında yol gedəcəyimi
zənn edirsiniz?
– Bura baxın, əgər bu maĢına minmək istəmirsinizsə,
onda minməyin.
Valensiya maĢına oturdu. Biz yerimizdən təzəcə
tərpənmiĢdik ki, o, çantasından öz güzgüsünü çıxarıb üz-
gözünün makiyajını təzələməyə baĢladı. Həmin bar mənin
evimdən elə də uzaq deyildi. MaĢını saxladım.
Evə girən kimi o dedi:
Bura lap zibillikdir ki. Gərək buranı qaydasına salmaq
üçün bir adam çağırasınız.
Mən bir araq və 7-UP ĢüĢəsi çıxardım və iki qədəh içki
süzdüm. Valensiya çəkmələrini soyundu.
– Bəs yazı makinanız hardadır?
– Mətbəxdəki masanın üstündə.
|