www.vivo-book.com
661
yaxınlaĢmıĢdıq. Amma bu iĢə lazım olduğu kimi
giriĢmirdik. Drayer Babanın göztəriĢlərinə ciddi Ģəkildə
əməl olunurdu.
Çilad və Yeni Ġl bayramlarını mənim evimdə birlikdə
keçirməyə qərar vermiĢdik.
Sara öz furqon folksvageni ilə ayın 24-də təxminən
günorta vaxtı gəlib çıxdı. Onun öz maĢınını saxlamasına
tamaĢa etdim. Evdən bayıra çıxıb onu qarĢıladım. Furqonun
damına taxtalar bağlanmıĢdı. Bu yəqin ki, onun mənə
edəcəyi milad hədiyyəsiydi: o mənim üçün çarpayı
düzəltməyə hazırlaĢırdı. Çünki indiki çarpayım gülünc bir
Ģey idi: sadəcə yayları olan yeĢik. DöĢəyin içalatı isə bayıra
çıxırdı. Bundan əlavə, Sara özü ilə bir orqanik hind toyuğu
və onun biĢirilməsinə lazım olacaq qarnir də gətirmiĢdi. Bu
Ģeylərin və bir də ağ Ģərabın pulunu mən ödəməliydim. Bir-
birimiz üçün balaca hədiyyələr də almıĢdıq.
Taxtaları, hind toyuğunu və baĢqa xırda-xuruĢ Ģeyləri
evə daĢıdıq. Çarpayının çərçivəsini, baĢlığını və döĢəyi
evdən çıxarıb bayıra qoydum və onların üstünə bir elan
asdım: “Pulsuz”. Öncə çarpayının baĢ hissəsini apardılar,