www.vivo-book.com
669
Edi həyəcanlanmıĢdı və öz söhbətinə davam edərkən
ətrafda atılıb düĢürdü, mən isə oğrun-oğrun onun döĢlərinə
baxırdım.
– Öz masamıza qayıtdım və dostlarıma dedim: “Masa
bizimdir”. Nəhayət ki, həmin oğlan sonuncu Ģara çatanda,
onun bir tanıĢı yaxınlaĢıb ona deyir: “Ey, Erni, eĢitdim ki,
sən bu masanı kiməsə güzəĢtə gedirsən”. Təsəvvür
edirsinizmi bu oğlan öz dostuna nə cavab verir? O deyir:
“Hə, elədi. Masanı bax o qancığa verirəm!” Mən onun
dediyi bu sözləri eĢitdim və hər tərəfi QIRMIZI görməyə
baĢladım! Həmin oğlan sonuncu Ģarı luzaya salmaq üçün
masanın üstünə əyilmiĢdi. Əlimə bir kiy götürdüm və o
masanın üstünə əyilmiĢ vəziyyətdə ikən, kiyi var gücümlə
onun baĢına çırpdım. Oğlan meyit kimi masanın üstünə
düĢdü. Onu həmin barda çoxları tanıdığından, bir neçə nəfər
cəld yerindən qalxıb bizə yaxınlaĢdı, amma çox keçmədən
mənim dörd dostum da tələsik yanımıza gəldilər. Ġlahi, bir
görəydiniz necə səs-küylü dalaĢma idi! SınmıĢ butulkalar,
çilik-çilik olmuĢ güzgülər... Ordan necə çıxdığımızı dəqiq
|