www.vivo-book.com
670
xatırlamıram. Amma necəsə çıxa bilmiĢdik. Çəkmək üçün
bir zibilin varmı?
– Var, amma mən yaxĢı eĢə bilmirəm.
– Onu mən özüm eĢərəm.
Edi, əsil peĢəkar kimi, sıx və nazik bir Ģey eĢdi. Ondan
bir udum alıb tüstünü fıĢıltı ilə havaya buraxandan sonra,
mənə ötürdü.
– Hə, növbəti axĢam oraya təkbaĢıma getdim. Barın
sahibi, həm də barmen iĢləyir, məni tanıdı. Onun adı
Kloddur. “Klod, – ona dedim, – dünənkinə görə məni
bağıĢla, amma masanın yanındakı o oğlan əsl heyvərəydi. O
məni söydü, mənə qancıq dedi”.
Mən hamının qədəhlərindəki içkiləri təzələdim. Bir
dəqiqə də keçsə, onun döĢləri bayırda qalacaqdı.
– Barın sahibi mənə dedi: “Hər Ģey qaydasındadır, unut
getsin”. YaxĢı oğlana oxĢayırdı. “Nə içmək istəyirsən?” –
deyə məndən soruĢdu. Bir az barda veylləndim, bir-iki
qədəh müftə içki içdim və həmin an o mənə dedi:
“Bilirsənmi, mənim əlavə bir nəfər ofisianta ehtiyacım var”.
|