www.vivo-book.com
673
Yerindən qalxdı. Onu qapıya qədər ötürdüm və qapını
açdım. O məhəllədən keçərək uzaqlaĢdı. Mən isə geri
qayıdaraq öz yerimə oturdum.
– Ay səni qancıq balası, – Sara mənə dedi.
– Nə olub?
– Əgər mən burda olmasaydım, sən onu çoxdan sikib
buraxmıĢdın.
– Bu xanımı, demək olar ki, tanımıram.
– O nəhəng məmələr! Sən əməlli-baĢlı qorxuya
düĢmüĢdün! Sən, hətta ona baxmağa belə qorxurdun!
– Bu Milad bayramı ərəfəsində nə qapı-qapı düĢüb
veyllənir, baĢqa içi-gücü yoxdu bəyəm?
– Bəs niyə onun özündən soruĢmadın?
– O dedi ki, Bobbini axtarır.
– Əgər burda olmasaydım, yəqin bilirəm ki, onu
sikərdin.
– Bax bunu bilmirəm. Bunu öyrənməyin yolunu da
bilmirəm...
Sonra Sara birdən ayağa qalxıb anqırmağa baĢladı.
Hıçqıra-hıçqıra ağladı və o biri otağa qaçdı. Mən öz
|