www.vivo-book.com
674
qədəhimə içki süzdüm. Divarlardan asılmıĢ rəngbərəng
iĢıqlar gah yanır, gah da sönürdü.
99
Sara hind toyuğu üçün qarnir hazırlamaqla məĢğul idi.
Mən isə mətbəxdə oturub onunla söhbət edirdim. Ġkimiz də
ağ Ģərabdan bala-bala gillədirdik.
Telefon zəng çaldı. Mən yerimdən qalxıb zəngə cavab
verdim. Zəng edən Debra idi.
– Sadəcə, sənin Milad bayramını təbrik eləmək
istəyirdim, səni islaq əriĢtə.
– Sağ ol, Debra. Sənin də bayramın mübarək.
Onunla bir müddət söhbət edəndən sonra, mətbəxə
qayıdıb öz yerimə oturdum.
– Zəng vuran kimiydi?
– Debra.
– Özünü necə hiss edir?
– Məncə, yaxĢı.
– Bəs nə istəyirdi?
– Mənim Milad bayramımı təbrik elədi.
|