www.vivo-book.com
676
– Bir az havalıyam. Günün günorta çağı ağ Ģərab
içməyə vərdiĢ eləməmiĢəm.
– Vaxtın olanda, mənə zəng vur.
– Əlbəttə.
Yenidən mətbəxə qayıtdım.
– Kessiydi. Milad bayramında hamı bir-birinə zəng
vurub bayramlaĢır. Bəlkə Drayer Baba da bizə zəng vurdu.
– O zəng vurmaz.
– Niyə axı?
– O heç vaxt uca səslə danıĢmır. Heç vaxt danıĢmayıb
və heç vaxt da pula toxunmayıb.
– Bax bu heç də pis görünmür. O biĢməmiĢ qarnirdən
bir az ver dadına baxım.
– YaxĢı.
– Bura bax, lap əladır ki!
Yenə telefon zəng çaldı. HəmiĢə belə olurdu. Bir dəfə
zəng çalanda daha dayanmaq bilmirdi. Yataq otağına gedib
zəngə cavab verdim.
– Allo, –dəstəyə dedim. – Siz kimisiniz?
– Səni yaramaz köpək. Kim olduğunu bilmirsən?
|