www.vivo-book.com
672
kim geyinməyib və məncə, lap sənin əyninə olacaq”. Ona
görə də, onunla birlikdə qaranlıq və balaca bir otağa girdim.
O isə məni orada əlləĢdirməyə çalıĢdı. Onu özümdən kənara
itələdim. Elə bu vaxt mənə dedi: “Bircə öpüĢ istəyirəm”.
Mən isə – “Get sikdir baĢımdan!” – dedim. Onun baĢı daz,
özü isə tosqun, balacaboy idi, ağzında protez diĢlər,
yanaqlarında isə içində tüklər çıxan qara ziyillər vardı.
Qəfildən üstümə Ģığıdı, bir əli ilə götümdən, o biri əli ilə bir
döĢümdən yapıĢıb məni öpməyə çalıĢdı. Onu yenə özümdən
kənara itələdim. “Mənim arvadım var, – mənə deyir, –
narahat olma, mən onu sevirəm”. Yenə gözlənilmədən
üstümə Ģığıdı və bu dəfə dizimlə ona yaxĢı bir zərbə
endirdim, yəqin harasına vurduğumu deməyə ehtiyac
yoxdur. Deyəsən, onun orasında heç nə yox idi, çünki
zərbəni heç vecinə də almadı. “Sənə pul da verərəm, – mənə
deyir, – səninlə xoĢ rəftar edərəm”. Mən isə ona dedim ki,
poxunu ye və öl.
– Çox qəmgin hekayədir, – mən dedim.
– Bura baxın, – Edi dedi, – mən daha getməliyəm.
Milad bayramınız mübarək. Ġçkilərə görə də çox sağ olun.
|