www.vivo-book.com
668
– KiĢilər elə alçaqdılar ki! – o söhbətinə davam edirdi.
– Bu yaxınlarda bir bara girdim. Yanımda dörd oğlan vardı,
hamısı da yaxın dostlarımdı. Oturub qrafinlərdə pivədən
gillədirik, sadəcə, vaxtımızı Ģən keçirməyə çalıĢırıq, özü də
heç kimə dəyib-dolaĢmırıq. Sonra birdən ağlıma gəldi ki, bir
az bilyardda pul oynamaq pis olmazdı. Pul oyunundan çox
xoĢum gəlir. Məncə bir qadın pul oynayırsa, bu onun
tərzinin nə olduğunu göstərir.
– Mən də pul oynamağı bacarmıram, – mən dedim. –
Mən bu oyunu oynayanda, hər dəfə bilyard masasının
parçasını cırıram. Mən heç qadın da deyiləm.
– Hə, mən bilyard masasına yaxınlaĢdım, orada isə bir
oğlan təkbaĢına pul oynayırdu. Ona yaxınlaĢıb dedim:
“Qulaq asın, siz bu masada uzun müddətdir ki, öz-özünüzlə
oynayırsınız. Mən və dostlarım bu masada bir az pul
oynamaq istəyirik. Bizim bu masada bir müddət pul
oynamağımıza etiraz etməzsiniz ki?” – O dönüb mənə
baxdı. Bir müddət susub gözlədi. Sonra isə riĢxəndlə gülərək
dedi: – “Buyurun”.
|