www.vivo-book.com
666
Deməli, o məni tanıyırmıĢ.
– Mən Ediyəm. Bir gecə səninlə Bobbinin evində
görüĢmüĢdük.
– Hə?
– Nədi, çox içmiĢdin, məni xatırlamırsan?
– Salam Edi. Bu Saradır.
– Bobbini axtarırdım. Birdən ağlıma gəldi ki, bəlkə
sənin yanındadır.
– Keç otur, bizimlə iç.
Edi mənim sağ tərəfimdəki kresloya oturdu, özü də çox
yaxınıma. Onun iyirmi beĢ yaĢı olardı. Bir siqaret yandırdı
və öz qədəhindən balaca bir udum aldı. O hər dəfə qəhvə
masasının üzərinə əyiləndə, mən əmin idim ki, nəsə baĢ
verəcək, əmin idim ki, onun döĢləri yay kimi gərilərək
paltarının yaxasından çölə çıxacaq. Və əgər bu baĢ verərsə,
mən özümün nə edəcəyimdən qorxurdum. Mən, sadəcə,
bunu bilmirdim. Heç vaxt döĢlərə pərəstiĢ edən birisi
olmamıĢam, həmiĢə qıçlardan cuĢa gəlmiĢəm. Amma Edi
onlarla necə davranacağını, həqiqətən, yaxĢı bilirdi. Mən isə
qorxu içində onun döĢlərinə altdan-altdan ac piĢik kimi
|