www.vivo-book.com
662
sonra çarpayının çərçivəsi getdi və nəhayət, kim isə döĢəyi
də apardı. Mənim yaĢadığım rayonda insanlar çox kasıb
dolanırdılar.
Mən Saranın çarpayısını görmüĢdüm. Üstündə uzanıb
yatmıĢdım və o çox xoĢuma gəlmiĢdi. Ortabab döĢəklərdən
hər zaman zəhləm gedib, ən azından, mənim almaq
iqtidarında olduqlarımdan. Həyatımın, demək olar ki,
yarısını yalnız qarmağa taxılmıĢ qurdlar üçün rahat olan
çarpayılarda keçirmiĢdim.
Sara öz çarpayısını özü düzəltmiĢdi, indi isə birini də
mənim üçün düzəltməli idi. Dördün dördə olan yeddi ayaqlı
(yeddinci ayaq çarpayının düz ortasında) bərk ağacdan
hazırlanmıĢ platforma, üstündə isə 10 sm qalınlığında sərt
köpük kütləsi. Saranın bəzi gözəl fikirləri vardı. Mən
taxtaları tuturdum o isə mismarları vururdu. Çəkiclə çox
məharətlə davranırdı. Onun çəkisi cəmisi 105 funt olsa da,
mismarları vura bilirdi. Deyəsən, əla çarpayı alınacaqdı.
Bu iĢ Saranın çox vaxtını almadı. Sonra biz onu
sınaqdan çıxardıq – sekslə yox – Drayer Baba da səmadan
bizə gülümsəyirdi.
|