www.vivo-book.com
663
Biz maĢınla ətrafı gəzib milad bayramı üçün yolka
ağacı axtardıq. Bu ağacı tapmaq üçün elə də əldən-ayaqdan
getmirdim (uĢaqlıq çağlarımda milad bayramı mənim üçün
həmiĢə kədərli bayram olmuĢdu) və bu ağacların satıldığı
bütün meydançaların boĢ olduğunu görəndə, qanım heç də
qaralmadı. Biz geri qayıdanda, Saranın çox qəmgin
olduğunu hiss etdim. Amma biz evə qayıdıb bir neçə qədəh
ağ Ģərab içəndən sonra, onun ovqatı düzəldi və otağın hər
yerinə milad bəzəklərini, iĢıqlar, parıldayan zəncirlər
asmağa baĢladı – mənim saçlarıma da bər-bəzək vurdu.
Mən oxumuĢdum ki, insanlar, baĢqa günlərlə
müqayisədə, ən çox Milad Bayramı ərəfəsində və Milad
Günündə intihar edirmiĢlər. Əslində, gün kimi aydındır ki,
bu bayramın Məsihin doğumu ilə ya az əlaqəsi var, ya da
heç yoxdur.
Radioda oxuyan musiqi ürəkbulandırıcı, televizordakı
proqramlar isə bərbad olduğundan, onları söndürdük. Sara
Men Ģtatında yaĢayan anasına zəng vurdu. Onun anası ilə
mən də danıĢdım və bu qadının heç də bəd insan olmadığını
anladım.
|