www.vivo-book.com
667
baxır, nə istədiyimi heç özüm də bilmirdim – bu döĢlər
paltarın yaxalığında bayıra çıxsın, ya çıxmasın.
– Menni ilə tanıĢsanmı, – o mənə dedi, – yəni Bobbinin
evində onu görmüsənmi?
– Hə.
– Onun dalına yaxĢı bir təpik vurmalı oldum. Köpək
oğlu çox qısqanc idi. Hətta məni izləmək üçün bir dümbələk
də tutmuĢdu. Yox bir özün təsəvvür elə! Beləsinə nə
deyəsən – pox torbası, – vəssalam.
– Hə.
– Səfil kiĢilərdən lap zəhləm gedir! Götə girən
yaltaqlara da nifrət eliyirəm!
– Ġndiki zamanda yaxĢı insan tapmaq çox çətindir, –
mən dedim. Belə bir mahnı da var. Ġkinci Dünya Müharibəsi
vaxtı yazılıb. Bir mahnı da vardı: “Məndən baĢqa heç kim
ilə alma ağacının altına sıçma”.
– Henk, sən ağzına gələni danıĢırsan... – Sara dilləndi.
– Bir qədəh də iç, Edi, – mən dedim və onun qədəhinə
içki süzdüm.
|