www.vivo-book.com
675
– Bu orqanik hind toyuğu sənin xoĢuna gələcək. Ġçinə
doldurduğum Ģeylər də əladır. Ġnsanlar zəhər yeyirlər, əsl
zəhər. Amerika yoğun bağırsaq xərçənginin geniĢ yayıldığı
bir neçə ölkədən birisidir.
– Hə, mənim də götüm tez-tez giciĢir. Amma bunun
səbəbi babasildir. Bir dəfə əməliyyata girərək onu
kəsdirmiĢdim. Əməliyyatdan əvvəl həkimlər xərçəng olub-
olmadığına əmin olmaq üçün adamın bağırsağına ucunda
iĢıq olan ilanabənzər bir Ģey soxurlar. Bu ilan əməlli-baĢlı
uzundur. Onu elə hey içinə dürtürlər!
Yenə telefon zəng çaldı. Mən gedib cavab verdim.
Kessi idi.
– Necəsən?
– Sara ilə birlikdə hind toyuğu hazırlayırıq.
– Sənin üçün yaman darıxmıĢam.
– Sənin də Milad bayramın qutlu olsun. ĠĢlərin necə
gedir?
– Qaydasındadır. Yanvarın 2-nə qədər istirahətdəyəm.
– Yeni ilin mübarək, Kessi!
– Sənə nə olub axı, lənət Ģeytana?
|