www.vivo-book.com
683
Hər ikisi sıçrayaraq ayağa qalxdı və qapıdan çıxaraq
gözdən itdilər. Mən mətbəxə keçib soyuducuya baxdım.
Hind toyuğuna elə bil pələng hücum eləmiĢdi – onun
gövdəsi düz iki hissəyə bölünmüĢdü. Çox ədəbsiz
mənzərəydi. Ertəsi gün axĢam Sara mənim yanıma gəldi.
– Hə, hind toyuğu necədir? – o məndən soruĢdu.
– Pis deyil.
O içəri daxil oldu və soyuducunun qapısını açdı.
Ucadan bağırdı. Sonra qaçaraq mətbəxdən çıxdı.
– Aman Allahım, burda nə baĢ verib?
– Temmi ilə Arlina gəlmiĢdilər. Elə yeyirdilər, elə bil
bir həftə dillərinə yemək dəyməmiĢdi.
– Ohh, bu ürəkbulandırıcıdır. Ürəyim qan ağlayır!
– Məni bağıĢla. Onları dayandırmalıydım. Amma onlar
narkotik həblər qəbul eləmiĢdilər.
– YaxĢı, burda mənim edə biləcəyim bir Ģey qalır.
– O nədi elə?
– Hind toyuğunun qalıqlarından sənə yaxĢı bir sup
biĢirə bilərəm. Gedim bir az göy-göyərti alım.
– YaxĢı, – ona bir iyirmilik verdim.
|