www.vivo-book.com
681
– Ey, burda hind toyuğu da var!
– Biz ac olmuĢuq, Henk! Sənin bu hind toyuğundan bir
az yemək olarmı?
– Əlbəttə.
Temmi əlində bud ilə mətbəxdən çıxdı və diĢləri ilə
onu gəmirməyə baĢladı.
– Ey, bu hind toyuğu lap elə bil zəhrimardır! Ona bir az
ədviyyat vurmaq lazımdır!
Arlina əlində ət tikələri ilə yanımıza gəldi.
– Hə, buna bir az ədviyyat vurulsa, pis olmazdı. Çox
duzsuzdur! Sənin evində bir az ədviyat tapılar?
– Bufetdə olmalıdır, – deyə cavab verdim.
Onlar itələĢə-itələĢə yenidən mətbəxə qayıtdılar və hind
toyuğunun üstünə ədviyyat səpməyə baĢladılar.
– Bax indi oldu! Ġndi dadı daha yaxĢıdır!
– Hə, indi dadı bir Ģeyə bənzədi!
– Orqanik hind toyuğu, poxdur!
– Hə, özüdür ki var!
– Mən bir az da istəyirəm!
– Mən də. Amma ədviyyat da lazım olacaq.
|