www.vivo-book.com
689
baĢlayardı. Mən hələ Qızıl Gül Paradını və Qızıl Gül Kasası
oyununu demirəm.
Yeni il axĢamı Sara çox erkən gəldi. Sehrli Dağ, açıq
kosmik fəza, “Ulduz Yolu” kimi filmlər, həmçinin müəyyən
rok qruplar, xamalı ispanaq və təmiz qida kimi Ģeylər onu
çox həyəcanlandırırdı. Amma bununla belə, həyatımda
qarĢılaĢdığım bütün qadınlar ilə müqayisədə Sara daha güclü
idi. Əsasən də sağlam düĢüncəyə sahib idi. Bəlkə də
Saranın sağlam düĢüncəsi və rəhmdilliyi ilə yalnız Coanna
Dover müqayisə edilə bilərdi. Mənimlə hal-hazırda
münasibətdə olan bütün qadınların arasında Sara ən gözəli
və ən sədaqətlisiydi, deməli, bu yeni il elə də bərbad
olmayacaqdı.
Elə indicə yerli televiziyanın xəbərlər proqramının
əbləh aparıcısı mənim “Yeni Ġl” bayramımı təbrik etdi.
Tanımadığım insanların mənim yeni ilimi təbrik
eləmələrindən heç xoĢlanmıram. O mənim kim olduğumu
hardan bilir? Bəlkə də mən öz beĢ yaĢlı qızının ağzına tıxac
basaraq onu topuqlarından bağlayaraq tavandan asan
|