www.vivo-book.com
690
adamam və yavaĢ-yavaĢ uĢağı tikə-tikə doğramaqla
məĢğulam.
Sara ilə oturub bayramı qeyd etməyə və bala-bala
vurmağa baĢlamıĢdıq. Lakin dünyanın yarısının səninlə
birlikdə sərxoĢ olmaq üçün səy göstərdiyi bir vaxtda
dəmləĢmək o qədər də asan məsələ deyildi.
– Hə, – Sara dedi, – bu ili elə də pis keçirmədik. Heç
kim məni öldürmədi.
– Və sən hələ də hər axĢam içə və hər gün günortaya
qədər yatağında xumarlana bilirsən.
– KaĢ bir il də dözə biləydim.
– Bu, sadəcə, sənin köhnə əyyaĢ duyğularındır.
Elə bu dəmdə qapı döyüldü. Gözlərimə inana
bilmirdim. Gələnlər folk-rokçu Dinki Sammers və onun
rəfiqəsi Cenis idi.
– Dinki! – deyə bağırdım. Ey, lənət Ģeytana, dostum, nə
baĢ verir.
– Heç özüm də bilmirəm, Henk. Sadəcə, düĢündüm ki,
gəlib səninlə görüĢməliyəm.
– Cenis, bu Saradır. Sara... Cenis.
|