www.vivo-book.com
698
Biz bir-birimizi qucaqlayaraq yuxuya getdik.
101
Mən Tanya ilə məktublaĢmağıma davam edirdim.
Yanvarın 5-də axĢam vaxtı o mənə zəng vurdu. Onun səsi
çox yüksək, həyəcanlı və seksual idi, lap bir vaxtlar Bett
Bupun səsi kimi.
– Sabah axĢam təyyarə ilə sənin yanına gəlirəm. Məni
hava limanında qarĢılaya bilərsənmi?
– Bəs səni necə tanıyacam?
– Mənim paltarımda ağ qızılgül olacaq.
– Əla.
– Bura bax, sən mənim gəlməyimi, həqiqətən də
istəyirsənmi?
– Əlbəttə.
– YaxĢı, sabah orada olacam.
Dəstəyi asdım. Sara haqqında düĢündüm. Amma Sara
ilə mən evli deyildik. KiĢinin haqqı var. Mən yazıçı idim.
Mən pozğun bir qoca idim. Ġstənilən halda, insan
münasibətləri onsuz da iĢləmir. Yalnız birinci iki həftə
|