www.vivo-book.com
701
– Sən neyləməyə çalıĢırsan? Bütün bu sözlərlə nə
demək istəyirsən?
– Bəlkə də mən yaxĢı adam deyiləm. Ġnsanların
müxtəlif xasiyyətləri və dərəcələri olur, özün də yaxĢı
bilirsən.
– Bu mənim sualımın cavabı deyil. Bəs sən, ya da mən
neyləyim? Bəs biz nə edək? Seriallardakı kimi danıĢmaqdan
lap zəhləm gedir. Amma öz hisslərimə sərbəstlik verdim...
– O isə sabah gəlir. Deməli, bizim aramızda hər Ģey
bitdi, eləmi?
– Henk, mən bilmirəm. Bəlkə də hə. Mən belə
bacarmaram.
– Sən mənə qarĢı həmiĢə mərhəmətli olmusan. Hər
zaman nə etdiyimi bildiyimə əmin deyiləm.
– O sənin evində nə qədər qalacaq?
– Zənn edirəm ki, iki, ya da 3 gün.
– Nədi, mənim nə hisslər keçirdiyimi anlamırsan?
– Məncə, anlayıram...
– YaxĢı, o gedəndən sonra mənə zəng vurarsan, onda
baxarıq.
|