www.vivo-book.com
709
– Bu sözü heç vaxt eĢitməmisən?
– Yox, heç vaxt.
– Hə, mən isə çox qroid tanımıĢam.
– YaxĢı.
– Amma onun qıçları heç də pis deyil ha. Az qala məni
də həvəsə gətirəcəkdi.
– Tanya, ayaqlar, sadəcə, onun bir hissəsidir.
– Hansı hissəsi?
– Böyük hissəsi.
– Gəl gedib sənin baqajını alaq...
Biz bardan çıxanda, Elsi arxamızca bağırdı:
– Salamat qal, anacan!
Bu sözü hansımıza söylədiyini elə də anlaya bilmədim.
Mənim evimə çatandan sonra, biz divanda oturub
içirdik.
– Mənim gəliĢimə görə, qanın qaralıb? –Tanya soruĢdu.
– Sənin yanında qanım qaralmaz...
– Sənin rəfiqən olduğunu bilirəm. Mənə onun haqqında
məktubda yazmıĢdın. Siz hələ də birlikdəsiz?
– Bunu heç özüm də bilmirəm.
|