www.vivo-book.com
712
Ģəkildə mənim üstümə yıxıldı, balaca və zərif gövdəsi ilə.
Saçlarına toxundum. Tərdən tamam islanmıĢdı. Sonra
mənim qucağımdan düĢdü və vanna otağına getdi.
UĢağın zorlanması aktı baĢa çatmıĢdı. Ġndiki dövrdə
uĢaqları yaxĢı öyrədirdilər. Zorlayanın özü zorlanmıĢdı. Bu,
ədalətin son həddiydi. O, “azad edilmiĢ” bir qadın idimi?
Yox, sadəcə, ehtirasdan qızmıĢ birisiydi.
Tanya vanna otağından geri qayıtdı. Biz yenə içdik.
Lənət Ģeytana! O, gülməyə və söhbət eləməyə baĢladı, elə
bil heç nə baĢ verməmiĢdi. Hə, əsas məsələ də elə bundaydı.
Bu, onun üçün, sadəcə, idman hərəkəti kimi bir Ģey idi,
qaçmaq kimi, hovuzda üzmək kimi.
Tanya dedi:
– Deyəsən, mən yaĢadığım evdən köçməli olacam.
Reks məni cana doydurub.
– Oh.
– Demək istəyirəm ki, biz sekslə məĢğul olmuruq, heç
vaxt da məĢğul olmamıĢıq, amma yenə də qısqanclıq edir.
Mənim zəng vurduğun axĢam yadındadırmı?
– Yox.
|