www.vivo-book.com
697
Mən heyrət içində çaĢıb qalmıĢdım. Nə edəcəyimi
bilmirdim.
Yuxarı və aĢağı, düz demirəmmi? Ya da daha doğrusu,
içəri və çölə. Bu velosiped sürməyə bənzəyir: heç vaxt
yadırğamırsan. Sara, həqiqətən də çox gözəl qadın idi. Mən
özümü çox saxlaya bilmədim. Onun qızılı saçlarından
yapıĢdım və onları dartaraq Saranın ağzını öz ağzıma
yaxınlaĢdırdım və dərhal qurtardım.
Sara yataqdan qalxıb hamam otağına getdi, mən isə
nəzərlərimi qaldırıb öz yataq otağımın mavi tavanına
baxdım və dedim: “Drayer Baba keç onun günahından”.
Lakin o heç vaxt danıĢmadığından və əlini pula
toxundurmadığından, nə ondan cavab verməsini gözləyə, nə
də ona pul ödəyə bilərdim.
Sara hamam otağından qayıtdı. Onun nazik və incə
qaməti vardı. O arıqdı və bir azca gündə qaralmıĢdı. Amma
tamamilə heyranedici görünürdü. Sara yenidən yatağa girdi
və biz öpüĢdük. Bu, açıq ağızla edilən çox yüngül sevgi
öpüĢü idi.
– Yeni Ġlin mübarək olsun, – o mənə dedi.
|