www.vivo-book.com
699
ərzində həvəs və həyəcan olur, sonra isə münasibətin
tərəfləri öz maraqlarını tamamilə itirirlər. Maskalar düĢür və
insanların əsl sifətləri ortalığa çıxmağa baĢlayır: qəribə
insanlar, ağıldankəmlər, dəlilər, kin saxlayanlar, sadistlər və
qatillər. Müasir cəmiyyət öz növlərini yaratmıĢdır. Onlar
bir-birinin ətini yeyirlər. Bu, zibil quyusunda ölümlə
nəticələnəcək bir duel idi. Mən belə qərara gəlmiĢdim ki, ən
çox ümid edə biləcəyimiz Ģey iki insan arasında
münasibətlərin ən çoxu iki il yarım davam etməsidir. Siam
kralı Monqutun 9000 arvadı və cariyəsi; Tövratdan
tanıdığımız kral Süleymanın 700 arvadı; Saksoniyalı Avqus
Güclünün isə 365 arvadı vardı – ilin hər günü üçün bir
arvad. Təhlükəsizlik saydadır.
Saranın telefon nömrəsini yığdım. O evdəydi.
– Salam, – dedim.
– Zəng vurduğuna çox sevindim, – o cavab verdi, – elə
indicə sənin haqqında düĢünürdüm.
– Sağlam qida verən köhnə meyxanada iĢlər necə
gedir?
– Bu gün elə də pis olmadı.
|