www.vivo-book.com
702
– YaxĢı.
Hamam otağına keçib güzgüdə öz üzümə baxdım.
Qorxunc görünürdüm. Saqqalımdakı və qulağımın
ətrafındakı bəzi ağ tükləri dartıb çıxardım. Salam olsun sənə,
ey ölüm. Amma mən, demək olar ki, artıq altmıĢ il
yaĢamıĢam. Sənin atəĢ açmağın üçün o qədər aĢkar hədəf
olduğum hallar olub ki... artıq çoxdan sənin Ģikarın
olmalıydım. Cıdırın yanında basdırılmağımı istərdim...
çünki oradan sonuncu yarıĢın səsini eĢitmək olur.
Ertəsi gün axĢam hava limanında dayanıb gözləyirdim.
Vaxtından əvvəl gəlmiĢdim, ona görə də bara getdim. Özüm
üçün içki sifariĢ etdim və birdən kiminsə hıçqırtılarını
eĢitdim. Dönüb ətrafıma baxdım. Zalın dərinliyindəki
masanın arxasında oturmuĢ bir qadın ağlayırdı. Gənc bir
qaradərili xanım idi – dərisinin rəngi çox açıq çalarlıydı –
əynində mavi rəngli dar bir don vardı, özü də kefli haldaydı.
O ayaqlarını yuxarı qaldıraraq önündəki stulun üstünə
qoyduğundan donunun ətəkləri dala sürüĢmüĢ və bu uzun,
məxmər kimi yumĢaq dərili yeməli budlar açıqda qalmıĢdı.
Bardakı bütün kiĢilərin hər birinin Ģeyi yəqin ki, dəmir kimi
|