www.vivo-book.com
703
bərkimiĢdi. Mən gözümü ondan çəkə bilmirdim. Qadın
qızmar dəmir kimi qaynar idi. Mən onu artıq öz divanımda,
öz qıçlarının tamamını mənə göstərərkən təsəvvür edirdim.
Mən bir qədəh də içki alıb ona yaxınlaĢdım. Onun yanına
çatanda elə dayandım ki, ereksiyam gözə çarpmasın.
– Siz yaxĢısınızmı, – ondan soruĢdum, – sizin üçün
nəsə edə bilərəmmi?
– Mənə bir qədəh “neĢtər” al.
Əlimdə bir qədəh “neĢtər” ilə geri qayıtdım və onun
masasına oturdum. O öz ayaqlarını stuldan götürmüĢdü.
Kabinəyə girib düz onun yanında oturdum. O bir siqaret
yandırdı və budunu mənim qıçıma sıxdı. Mən də bir siqaret
yandırdım.
– Mənim adım Henkdir, – özümü təqdim etdim.
– Mən Elsiyəm, – deyə o cavab verdi. Mən öz qıçımı
onun buduna sıxdım və ayağımı yavaĢ-yavaĢ aĢağı-yuxarı
hərəkət etdirdim.
– Mən santexnika avadanlığının təchizatı ilə məĢğul
oluram, –dedim. Elsi cavab verməyərək susdu.
|