www.vivo-book.com
695
haqqında yalan danıĢsan, bu bütün yalanlar içərisində ən
bağıĢlanmazı olar. Çünki bu ona belə davam eləməsini
deməyə bərabər bir Ģeydir. Bu da nəhayətində, həqiqi
istedadı olmayan bir insanın öz həyatını boĢuna sərf
etməsinin ən pis üsuludur. Lakin əksər insanlar məhz belə
edirlər. Əsasən də dostlar və qohumlar. Dinki növbəti
mahnıya keçdi. Deyəsən, o mahnıların onunu da bizə
oxumaq fikrindəydi. Biz ona qulaq asır və mahnı bitəndə
onu alqıĢlayırdıq. Lakin əl çalanların arasında mənim
alqıĢlarım heç olmasa ən təmkinli olanı idi.
– O üçüncü misra mənim heç xoĢuma gəlmədi, Dinki, –
mən dedim.
– Amma o misraya ehtiyac var, baĢa düĢürsənmi,
çünki...
– Bilirəm.
Dinki mahnılarının ifasına davam elədi. Bütün
mahnıları bir-bir bizə oxudu. Bu mahnılar kifayət qədər
uzun çəkdi. Mahnıların arasında bəzən istirahət fasilələri də
olurdu. Nəhayət, yeni ilin vaxtı gəlib yetiĢəndə, Dinki,
|