www.vivo-book.com
694
– Həqiqətən, xoĢuna gəldi, Henk?
Mən əlimi havada yellədim.
– Bilirsənmi, sənin mahnıların həmiĢə içimə nüfuz edir,
– mən dedim.
– Çox sağ ol, dostum.
O dərhal ikinci mahnıya keçdi. Bu mahnı da hansısa bir
qadına həsr edilmiĢdi. Onun qadını, keçmiĢ qadınına: bu
qadın bütün gecəni haralardasa veyllənirmiĢ. Mahnıda
yumor çalarları da hiss olunurdu, amma bunu bilərəkdən
etdiyinə əmin deyildim. Hər halda, Dinki öz mahnısını
bitirdi və biz onu alqıĢladıq. Sonra baĢqa mahnıya keçdi.
Dinki lap həvəsə gəlmiĢdi. Çox ucadan oxuyurdu.
Onun ayaqları tennis ayaqqabılarının içində qıvrılır və
burulurdu. O bunu bizdən gizlətməyə çalıĢmırdı. Faktiki
olaraq, bizim qarĢımızda rola girmirdi, olduğu kimi
oturmuĢdu. O heç də düzgün görünmür və düzgün
səslənmirdi, amma mahnı baĢqa vaxtlar eĢitməyə adət
etdiklərimizdən daha yaxĢı idi. Vicdanımı əymədən onu
tərifləyə bilmədiyimə görə özümü çox pis hiss edirdim.
Amma bir adam sənin qarĢında oturub deyə onun istedadı
|