www.vivo-book.com
691
Sara otaqdan çıxdı və əlavə iki qədəhlə geri döndü.
Mən qədəhlərə içki süzdüm. DanıĢası elə də çox Ģey yox idi.
– Təxminən on yeni əsər yazmıĢam. Məncə, getdikcə,
daha yaxĢı yazmağa baĢlayıram.
– Mən də elə düĢünürəm, – Cenis dedi, – həqiqətən.
– Bura bax, dostum, yadındadırmı, sənin çıxıĢından
əvvəl gecəni açmıĢdım... Bir mənə de görün, Henk, mən
yəni elə pis çıxıĢ elədim?
– Qulaq as, Dinki, sənin hisslərini incitmək
istəməzdim, amma həmin axĢam mən qulaq asmaqdan daha
çox içirdim. Səhnəyə çıxacağıma görə, özüm haqqında
düĢünürdüm, mən bu çıxıĢa hazırlaĢırdım, özümü
toplayırdım, hətta ürəyim bulanırdı.
– Mən isə tamaĢaçı kütləsinin qarĢısına çıxmağı çox
xoĢlayıram. Səhnəyə çıxanda, kütlənin də mənim
mahnılarımı sevdiyini görüb göyün yeddinci qatına
qalxıram.
– Yazmaq bir qədər fərqlidir. Hər Ģeyi təkbaĢına
edirsən. Canlı tamaĢaçı kütləsi ilə təmasda olmursan.
– Bəlkə də sən doğru deyirsən.
|