www.vivo-book.com
687
– Poxlu biznesdir. Qazancım meyxananı saxlamağa
güclə yetir.
– Bəs müĢtərilərin hara yox olublar?
– Hamısı Ģəhəri tərk edib; hamı harasa gedib.
– Bizim bütün planlarımızda dəliklər olur.
– Hamısında yox. Bəzi insanların naxıĢı tutur, hər
istədikləri alınır.
– Hə, düzdür.
– Sup necəydi?
– Demək olar ki, qurtarıb.
– XoĢuna gəldimi?
– Mənə elə də çox pay düĢmədi.
Sara mətbəxə getdi və soyuducunun qapısını açdı.
– Bu supa nə olub belə? Qəribə görünür.
Onun supun dadına baxdığını eĢitdim. Sonra o, çanağa
tərəf qaçaraq ağzındakını tüpürdü.
– Aman Tanrım, buna elə bil zəhər qatılıb! Burda nə
olub? Temmi ilə Arlina yenə gəlib bu supdan da yeyiblər?
– Temmi tək gəlmiĢdi.
|