www.vivo-book.com
686
Temmi mətbəxə getdi. Onun qazanın içindən qaĢıqla
yemək çəkdiyini eĢitdim. O uzun müddət mətbəxdən
çıxmadı. Sonra isə yanıma gəldi.
– Gələn cümə gününə qədər mənə beĢ dollar borc verə
bilərsən?
– Yox.
– Onda heç olmasa, bir-iki dollar ver.
– Yox.
– Onda bir dollar ver.
Cibimdəki bütün xırda pulları çıxarıb Temmiyə verdim.
Məbləğ bir dollar otuz yeddi sent oldu.
– Sağ ol, – o dedi.
– Problem deyil.
Sonra isə qapının arxasında gözdən itdi.
Ertəsi gün axĢam Sara gəldi. O çox nadir hallarda belə
tez-tez mənə baĢ çəkərdi. Məsələ yəqin bayramlardaydı:
hamı çaĢqın, yarı-dəli və qorxmuĢ idi. Evimdə ağ Ģərabım
hazır idi və mən hər ikimizə bir qədəh Ģərab süzdüm.
– Meyxanada iĢlər necə gedir? – ondan soruĢdum.
|