www.vivo-book.com
682
Temmi mətbəxdən çıxdı və gəlib oturdu. Hind
toyuğunun budunu, demək olar ki, gəmirib bitirmiĢdi. Sonra
sümüyü diĢləyərək onun ikiyə böldü və sümüyün içini
əmməyə baĢladı. Heyrətimdən nitqim tutulmuĢdu. Temmi
budun sümüyünü gəmirir, sümüyün qırıntılarını isə xalının
üstünə tüpürürdü.
– Ey, sən sümüyü də yeyirsən!
– Hə, çox dadlıdır!
Bir az da quĢ əti götürmək üçün Temmi yenə mətbəxə
qaçdı.
Tezliklə, onlar hər ikisi də əllərində bir ĢüĢə pivə ilə
mətbəxdən çıxdılar.
– Sağ ol, Henk.
– Hə, çox sağ ol, dostum.
Oturub pivə ĢüĢələrini əmməyə baĢladılar.
– Hə, – Temmi dedi, – indi isə getmək vaxtıdır.
– Hə vaxtdır, indi biz gedib bir neçə məktəbli oğlan
zorlamalıyıq!
– Hə!
|