www.vivo-book.com
679
Hind toyuğu hazır idi. Onu sobadan çıxardım, iri bir
dövrənin içinə qoydum, mətbəx masasının üstündəki yazı
makinamı və bütün kağız-kuğuzumu yığıĢdırıb hind
toyuğunu masanın üstünə yerləĢdirdim. Sara əlində göy-
göyərti ilə mətbəxə girəndə, quĢu doğramağa baĢladım. Biz
masanın arxasına oturduq. Mən öz boĢqabıma, Sara isə öz
boĢqabına yemək çəkdi. Çox gözəl və dadlı görünürdü.
– Ümid edirəm ki, o yekə məmə bir də gəlməz, – Sara
dedi.
Onun haqqında düĢünmək, deyəsən, Saraya acı verirdi.
– Əgər yenə gəlsə, ona da bir tikə verəcəyəm.
– Nə?
Mən əlimlə hind toyuğuna iĢarə elədim.
– Deyirəm ki, ona da bir tikə verəcəyəm. Baxarsan.
Sara bərkdən qıĢqırdı. Sıçrayaraq yerindən qalxdı.
Onun bütün bədəni tir-tir əsirdi. Sonra isə yataq otağına
qaçdı. Mən isə dinməzcə öz hind toyuğuma baxırdım. Onu
yeməyə iĢtahım qalmamıĢdı. Deyəsən, yanlıĢ düyməyə
basmıĢdım. Öz qədəhimi də əlimə alıb ön otağa keçdim və
|