www.vivo-book.com
677
– Yox, heç tanıya bilmədim, – xəttin o biri baĢındakı
sərxoĢ bir qadın idi.
– Tap görüm.
– Bir dəqiqə gözləyin. Hə, tapdım! Sən Ayrissən!
– Hə, mənəm. Və mən hamiləyəm!
– Bəs uĢağın atasının kim olduğunu bilirsənmi?
– Bunun nə fərqi var ki?
– Məncə, sən haqlısan. Vankuverdə vəziyyət necədir?
– Hər Ģey qaydasındadır. Sağ ol.
– Salamat qal.
Yenə mətbəxə qayıtdım.
– Kanadalı rəqqasə idi, – Saraya dedim.
– Bəs onun iĢləri necə gedir?
– Milad bayramı sevinci ilə coĢub daĢır.
Sara hind toyuğunu sobanın içinə qoydu və biz ön
otağa keçdik. Bir müddət ordan-burdan söhbət elədik. Sonra
isə telefon cingildədi.
– Allo, –dedim.
– DanıĢan Henri Çinaskidir? – xəttin o biri ucunda
cavan bir kiĢi səsi eĢidildi.
|