www.vivo-book.com
652
– Maraqlı roman olacaq?
– Bilmirəm.
Bir müddət heç birimiz danıĢmadıq. Mən öz arağımı
bitirib yenisini sifariĢ etdim. Valensiya sözün hər
mənasında, sadəcə, mənim tipim deyildi. Ondan xoĢum
gəlməmiĢdi. Belə insanlar olur – elə ilk görüĢdəcə onlara
nifrət etməyə baĢlayırsan.
– Mənim iĢlədiyim yerdə bir yapon qız var. Məni iĢdən
qovdura bilmək üçün min oyundan çıxır. Rəisimlə aram çox
yaxĢıdır. Amma bu yapon qancığı günümü qara eləməyə
çalıĢır. Belə getsə, bir gün doğrudan da ayağımı onun götünə
soxmalı olacam.
– Bəs siz özünüz haralısınız?
– Çikaqodanam.
– Çokaqodan heç xoĢum gəlmir, – mən dedim.
– Amma mənim çox xoĢuma gəlir.
Mən öz içkimi bitirdim, o da öz içkisini. Valensiya öz
hesab çekini masanın üstü ilə mənə tərəf sürüĢdürdü.
– Bu hesabı ödəməyə etiraz etməzsiniz ki? Krevet
salatı da yemiĢəm.
|