www.vivo-book.com
651
kəsilmiĢdi. Üz-gözünə qalın ənlik qatı yaxmıĢdı. Çox
yorğun görünürdü. Onun əynində Ģalvar, kofta və çəkmələr
vardı. Solğun mavi gözlər. Hər qoluna çoxlu sayda bilərzik
taxmıĢdı. Bəlkə də nə vaxtsa çox gözəl olmuĢdu. Amma
üzünə baxanda onun nə vaxtsa gözəl olduğunu
aydınlaĢdırmaq çətin görünürdü. Bu, həqiqətən də
lənətlənmiĢ, acınacaqlı bir gün idi, – o dedi. – Götüm çıxana
qədər makinada yazı yazmıĢam.
– Onda bəlkə bu görüĢü özünüzü yaxĢı hiss edəcəyiniz
baĢqa bir axĢama saxlayaq, – mən dedim.
– Ah, zibilə qalsın, yox, hər Ģey qaydasındadır. Bir
qədəh də içəndən sonra turp kimi olacam.
Valensiya əli ilə ofisianta iĢarə etdi.
– Bir qədəh də Ģərab gətirin.
O, ağ Ģərab içirdi.
– Hə, yazılarınız necə gedir? – deyə məndən soruĢdu. –
Yeni kitablarınız çıxıbmı?
– Yox, amma bir roman üzərində iĢləyirəm.
– Romanın adı nədir?
– Hələ adını düĢünməmiĢəm.
|