www.vivo-book.com
638
getməyə baĢladı, mən isə maĢını yavaĢ-yavaĢ onun arxasınca
sürdüm. O özünü elə aparırdı, elə bil məni görmür.
– Ey, balaca!
Qız dayandı. MaĢını səkinin kənarına verdim. Qız
maĢına yaxınlaĢdı.
– ĠĢlər necə gedir? – ondan soruĢdum.
– Qaydasında.
– Hə, nədi, səni tələ yemi tutublar? – mən ondan
soruĢdum.
– Nə mənada deyirsən?
– O mənada deyirəm ki, – deyə mən izah etdim, – sənin
polis olmadığını mən hardan bilim?
– Sənin polis olmadığını bəs mən hardan bilim?
– Bir mənim üzümə bax. Gör mən heç polisə
oxĢayıram?
– YaxĢı, – qız dedi, – qarĢıdakı döngəyə burul və
maĢını orada saxla. Döngənin dalında maĢına minərəm.
Həmin döngəyə buruldum və maĢını “Cənab MəĢhur
Nyu Cersi Buterbrodları” kafesinin qarĢısında saxladım. O,
qapını açaraq maĢına oturdu.
|