www.vivo-book.com
643
– Hə, Bobbi. Hə bir də bir az müxtəliflik üçün bu dəfə
əllərini ondan uzaq tutduğuna görə də sənə təĢəkkür edirəm.
– Qulaq as, Henk, bu problemi sən öz baĢında
yaratmısan. Sən qocasan və o cür cavan və qəĢəng mamıĢları
öz evinə gətirirsən, sonra da cavan piĢiklər oralara
hərlənəndə dəliliyin tutur. Sənin, sadəcə, götün əsməyə
baĢlayır.
– Özünə Ģübhə eləmək... özünə inamın olmaması, düz
demirəmmi?
– Hmm...
– YaxĢı, Bobbi.
– Hə, deyirəm Valeri maraqlanırdı ki, sən gəlib bizimlə
içmək istəyirsənmi?
– Hə, olar.
Bobbidə çox pis zibil vardı, həqiqi zibil. Biz onu növbə
ilə bir-birimizə ötürdük. Stereo aparat üçün Bobbinin çoxlu
yeni kasetləri vardı. Onda mənim sevimli müğənnim Rendi
Nyumanın da kaseti vardı və o Rendinin kasetini stereoya
taxdı, amma mənim xahiĢ etdiyim kimi orta səslə.
|