www.vivo-book.com
615
– Bilirəm.
– YaxĢı, onda bəlkə sabah.
– Ola bilər...
Deyəsən, Valerinin qadınlardan da xoĢu gəlir, deyə
düĢünərək dəstəyi asdım. XoĢu gəlir, qoy gəlsin, mənim
üçün problem deyil. Daha iki qədəh içki süzdüm.
– Ġndiyə qədər hava limanında neçə qadın
qarĢılamısan? – Ayris məndən soruĢdu.
– Sənin düĢündüyün qədər də çox deyil.
– Onların sayını itirmisənmi? Kitablarının sayını
unutduğun kimi?
– Riyaziyyat mənim zəif yerlərimdən biridir.
– Hava limanlarında qadın qarĢılamaqdan xoĢun gəlir?
– Hə. – Ayrisin belə dilli-dilavər olduğunu heç
xatırlamırdım.
– Ay səni donuz! – deyərək Ayris güldü.
– Bizim ilk didiĢməmiz. UçuĢ yaxĢı keçdi?
– Bir zırramanın yanında oturmuĢdum. Bir qələt elədim
və ona mənim üçün içki almasına razı oldum. OğraĢ o qədər
danıĢdı ki, baĢ-beynim getdi.
|