www.vivo-book.com
613
Kanadadan bura qədər mənimlə görüĢmək üçün gəlmiĢdi.
Əlində bircə çemodan vardı. Ayris baĢqa sərniĢinlərlə
birlikdə keçiddə dayanıb növbə gözləyərkən, mən ona əl
elədim. Gömrük məntəqəsindən keçəndən sonra, Ayris
bütün bədəni ilə mənə qısıldı. Biz öpüĢdük və mənim Ģeyim
yüngülcə bərkidi. Onun əynində don vardı, bədəninə kip
oturan mavi bir don, ayaqlarına hündürdaban tufli
geyinmiĢdi, baĢına geyindiyi balaca Ģlyapanı yanakı
qoymuĢdu. Ġndi əyninə don geyinmiĢ qadınları nadir
hallarda görmək olur. Los-Ancelesdəki qadınlar əyinlərinə
daim Ģalvar geyinirdilər...
Dayanıb baqaj gözləməli olmadığımızdan, maĢına
oturub dərhal mənim evimə sürdük. MaĢını evin önündə
saxladım və biz birlikdə cığırla evə gəldik. Ġçki süzdüyüm
zaman o divanda özünə yer elədi. Ayris mənim əl iĢindən
olan kitab rəfimə göz gəzdirdi.
– Bütün bu kitabları sən yazmısan?
– Bəli.
– Mən heç təsəvvür eləməzdim ki, sən bu qədər çox
kitab yazarsan.
|