www.vivo-book.com
616
– O, sadəcə, sənə valeh olubmuĢ. Sən çox cazibədar
qadınsan axı.
– Məndə elə bunu görürsən?
– Səndə bunun çox olduğunu görürəm. Bəlkə də
münasibətimiz davam elədikcə, baĢqa Ģeylər də görəcəyəm.
– Bu qədər çoxlu qadın sənin nəyinə lazımdır?
– Bilirsənmi, bunun səbəbi mənim uĢaqlıq çağlarımda
keçirdiyim həyatdır. Nə sevgi görmüĢəm, nə də qayğı.
Ġyirmi, hətta otuz yaĢlarımda da bu dediklərim o qədər də
çox olmayıb. O vaxt məhrum olduğum Ģeylərin indi əvəzini
çıxıram...
– O boĢluğun yeri dolanda, sənin xəbərin olacaqmı?
– Ġndi içimdə elə bir hiss var ki, bunun üçün mənə
ikinci həyat lazım olacaq.
– Sən necə də lovğa pisliksən!
Mən güldüm.
– Ona görə də, yazıram.
– Gedib düĢ qəbul eləmək və əynimi dəyiĢmək
istəyirəm.
– Əlbəttə.
|