www.vivo-book.com
617
Mətbəxə keçdim və hind toyuğuna əlimlə toxunaraq
onun donunun açılıb-açılmamasını yoxladım. O mənə öz
ayaqlarını, qasıq tüklərini, dəliyini, ombalarını göstərdi;
çanağın içində sakitcə oturmuĢdu. Nə yaxĢı ki onun gözləri
yox idi. Hə, biz ondan bəzi Ģeylər hazırlamağa çalıĢarıq. Bu
növbəti addım olacaqdı. Unitazın suyunun buraxılmasını
eĢitdim. Əgər Ayris onu qızartmaq istəməsə, onda özüm
qızardaram.
Cavan vaxtlarımda daim depressiyada olardım. Lakin
indi intifart mənim üçün artıq bir həyat seçimi deyildi.
Mənim yaĢımdakı bir adamın öldürə biləcəyi Ģeylər çox az
olur. Onlar nə deyirlər, desinlər, qocalığın da öz üstün
cəhətləri vardı. Məncə, insanın ağıla batan nəsə yaza bilməsi
üçün onun ən azı əlli yaĢı olmalıdır. Nə qədər çox çaylardan
keçsən, çaylar haqqında bir o qədər çox Ģeylər biləcəksən –
yəni, ağ suyun və sualtı daĢların içindən salamat çıxa bilsən.
Bəzən həyat kifayət qədər amansız və çətin ola bilər.
Ayris vanna otağından çıxdı. Ġndi onun əynində
göyümtül qara rəngli bir don vardı. Deyəsən ipəkdən idi və
onun bədəninə kip otururdu. O, orta statistik amerikalı
|