www.vivo-book.com
614
– Onları mən yazmıĢam.
– Neçə kitab yazmısan?
– Dəqiq bilmirəm. Bəlkə iyirmi, iyirmi beĢ...
Bir qolumu Ayrisin belinə dolayaraq onu özümə tərəf
çəkdim və öpdüm. O biri əlimi isə onun dizinə qoymuĢdum.
Telefon zəng çaldı. Yerimdən qalxıb dəstəyi qaldırdım.
– Henk? – bu Valeri idi.
– Bəli?
– O kim idi?
– Kim kim idi?
– O qızı deyirəm...
– Ah, o mənim Kanadadan gəlmiĢ bir rəfiqəmdir.
– Henk, yenə sən və sənin lənətə gəlmiĢ qadınların!
– Hə.
– Bobbi öyrənmək istəyirdi ki, sən və...
– Ayris.
– O bilmək istəyirdi görsün sən və Ayris bizə gəlib
bizimlə içmək istərdinizmi.
– Yox, bu axĢam yox. YağıĢ yağmayanda gələrik.
– Onun necə gözəl bədəni var!
|