www.vivo-book.com
586
deyildilər. Onlar ara-sıra cərgənin içindən köhnə bir maĢını
çıxarır, yalnız bir-iki sual verməklə kifayətlənir, sonra da
maĢının yoluna davam etməsi üçün əllərini yelləyirdilər.
Bütün bu prosedurla bağlı MakintoĢun keçirdiyi təlaĢı heç
cür anlaya bilmirdim.
– Dostum, – o mənə dedi, biz sərhəddi keçdik!
Vankuver sərhəddən çox da uzaq deyildi. MakintoĢ
maĢını mehmanxananın önündə saxladı. Bina pis
görünmürdü. Düz suyun yanında yerləĢirdi. Biz nömrənin
açarını aldıq və yuxarı qalxdıq. Otaq qəĢəng idi. Ġçində bir
soyuducu da vardı, Hansısa mərhəmətli bir ürək sahibi onun
içinə pivə də qoymuĢdu.
– Götür birisini aĢır, – mən ona dedim.
Biz oturub pivə içməyə baĢladıq.
– Keçən il Krili bura gəlmiĢdi, – o mənə dedi.
– Eləmi?
– Bura bir növ kooperativ Ġncəsənət Mərkəzidir, özü də
öz xərclərini ödəyən. Bu qurumda üzvlük haqları çox
yüksəkdir. Yeri icarəyə götürürlər və sair və ilaxır. Sənin
çıxıĢın üçün biletlər artıq satılıb. Silver deyir ki, əgər
|