www.vivo-book.com
577
– SikiĢmək əsas məsələ deyil, – o mənə deyirdi.
Hollivud Bulvarı ilə Fontan Evenyunun kəsiĢməsində
yerləĢən “Bessi Xalagildə” adlı ekzotik ərzaq dükanına
getdim. Oradakı satıcılar ürəkbulandıran məxluqlardılar –
yüksək intellektləri yüksək snobizmə çevrilmiĢ cavan
qaradərili oğlanlar və cavan ağdərili oğlanlar. Onlar
üzlərində təkəbbürlü bir ifadə ilə dükanın içində ora-bura
gəziĢir, müĢtərilərə məhəl qoymur, onları təhqir edirdilər.
Orada iĢləyən qadınlar tosqun və yuxulu görünürdülər.
Əyinlərinə enli koftalar geyinmiĢ, baĢlarını aĢağı
dikmiĢdilər. Elə bil bir növ yuxulu utancaqlıq içindəydilər.
Alıcılar isə özlərini boz hamam kisəsi kimi aparır, bu
təhqirlərə dözür və sonra daha çox təhqir üçün bir də geri
qayıdırdılar. Satıcı oğlanlar mənə iliĢmədilər. Ona görə də
onların daha bir gün yaĢamasına icazə verildi...
Mən Saranın ad gününə bir hədiyyə aldım. Hədiyyə,
əsas etibarilə arı cekresiyasından ibarət idi – kollektiv
pətəklərindən iynə vasitəsilə sorularaq çıxarılmıĢ bir çox arı
beyni. Əlimdə toxunma səbət vardı, səbətin içində isə arı
cekresiyası ilə yanaĢı yemək üçün çubuqlar, dəniz duzu, iki
|